Müasir rəqəmsal dünyada onlaynda güclü mövqeyə sahib olmaq biznes üçün vacibdir və axtarış motorunun optimallaşdırılması (SEO) burada işə düşür. SEO-nun inkişafı üçün əla məzmun yaratmaq kimi veb hostinqin də rolu böyükdür. Bu məqalədə aşağıdakı suallara cavab tapacaqsınız.
- Veb hostinq nədir?
- Veb hostinq və SEO cütlüyü
- SEO üçün veb hostinq niyə vacibdir?
- SEO üçün sürətli hostinq necə seçilməlidir?
- Ən yaxşı hostinq şirkətləri hansılardır?
Veb hosting nədir?
Veb hostinq veb saytınızı ehtiva edən fayllar və veb saytınızı internetdə başqaları üçün əlçatan edən proqram təminatı, mysql və.s dataların saxlanmasını təmin edən və lazım gəldikdə əlçatan edən server xidmətidir. Bu serverlər 24/7 internetə qoşularaq vebsaytınızın hər kəs üçün, hər yerdə, istənilən vaxt onlayn olmasını təmin edir. Ümumiyyətlə, veb hostinq veb saytınızı onlayn etmək və dünyaya əlçatan etmək üçün vacibdir.
Veb Hostinq və SEO arasındakı əlaqə
Veb hostinq veb saytınızın mövcudluğunu, sürətini, təhlükəsizliyini və ümumi performansını təyin edir və veb saytınızın təməli kimi çıxış edir. Bu amillər yalnız istifadəçilər üçün deyil, həm də axtarış motorlarının saytınızı necə qiymətləndirməsi və sıralaması üçün mühüm rol oynayır.
SEO üçün veb hostinq niyə vacibdir?
- Sürətli vebsayt SEO-nun bel sümüyüdür.
- İşləmə gücü minlərlə səhifəni n funksional idarə edilməsini təmin edir.
- Hostinqin ünvanı SEO-nun hansı ölkədə olacağını izah edir.
- Etibarlı və güvənli hostinq vebsaytı viruslardan qorumaqla SEO üzərində illərin zəhmətini hədər etmir.
Sürətli vebsayt SEO-nun bel sümüyüdür: Google və istifadəçilər sürətli veb saytları sevir. Yaxşı veb hostunuzun olması saytınızın tez yüklənməsini təmin edir və bu da ziyarətçiləri sevindirməklə yanaşı axtarış motoru reytinqinizi də yaxşılaşdırır. Google tərəfindən aparılan araşdırmaya görə, yüklənməsi üç saniyədən çox vaxt aparan vebsaytlarda axtarış motoru reytinqləri aşağı düşür və veb saytınızda trafik azalmağa başlayır.
İşləmə gücü minlərlə səhifəni n funksional idarə edilməsini təmin edir: Serverin işləmə müddəti veb saytınızın SEO-su üçün həqiqətən vacibdir. Saytınız hostinq ilə bağlı problemlərə görə tez-tez işləmirsə yəni donursa, bu SEO-ya zərər verə bilər. Google saytınızın insanların axtarışlarına nə qədər uyğun olduğuna qərar vermək üçün mütəmadi olaraq yoxlayır. Əgər istifadəçi donma səbəbindən saytınıza daxil ola bilmirsə, bu zaman axtarış nəticələrində saytınızın reytinqini aşağı enə bilər.
Hostinqin ünvanı SEO-nun hansı ölkədə olacağını izah edir: Veb hostinq serverinizin ünvanı da veb saytınızın SEO performansına təsir edir. Google vebsaytın konkret bölgələrdəki istifadəçilər üçün coğrafi uyğunluğunu müəyyən edərkən server yerini nəzərə alır. Əgər hostinq serveriniz hədəf auditoriyanızdan fərqli bir ölkədə və ya regionda yerləşirsə, bu, vebsaytınızın yerli SEO reytinqinə təsir göstərə bilər. Lakin bu Azərbaycan üçün bu o qədər də aktual deyil.
Etibarlı və güvənli hostinq vebsaytı viruslardan qorumaqla SEO üzərində illərin zəhmətini hədər etmir: Veb sayt təhlükəsizliyi günümüzdə artan narahatlıqdır. Kiber hücumlar və data oğurluğu getdikcə daha çox yayılır. Saytınız təhlükəsiz deyilsə, bu SEO-ya zərər verə bilər. Və yaxud da şirkət anidən hostinq firmasını dəyişdirməyi qərara alıb lakin proseslər yanlış icra olunubsa, bütün SEO nəticələri sıfırlana və sayt indeksdən çıxa bilər.
Veb saytınızın SEO-su üçün yaxşı olan veb hostinq seçimi:
- Etibarlı və veb saytların səlis işləməsini təmin edən hosting seçin.
- Təcrübədən keçmiş hosting seçin. İnsanlar və axtarış motorları ona daxil olmağa çalışdıqda saytınızın əlçatan olması vacibdir.
- Saytınızı kiber təhlükələrdən qorumaq üçün SSL sertifikatları və antivirus özəllikləri təklif edən host seçin.
- Saytınızın smartfon,komputer və planşetlərdə yaxşı görünməsi və işləməsi üçün hostun mobil optimallaşdırmanı dəstəklədiyinə əmin olun.
- Saytınızın necə işlədiyinə diqqət yetirin. Onun sürətini, təhlükəsizliyini və axtarış nəticələrində necə işlədiyini yoxlayın.
Nəticə olaraq, veb hostinq veb saytınızın SEO-su üçün mühüm rol oynayır. Sürətli hostinq, güclü server və hədəf auditoriyanıza uyğun server ölkəsi təklif edən etibarlı hostinq firması seçməklə siz veb saytınızın SEO-na təsir edə bilərsiniz.