SEO “search engine optimisation” ifadəsinin qısaltmasıdır. Sadə dildə desək, istifadəçilər aşağıdakı ifadələrlə əlaqəli axtarışlar etdikdə, bir vebsaytı Google, Microsoft, Bing, YouTube və digərləri kimiaxtarış motorlarında daha effektiv görünəcək şəkildə inkişaf prosesidir.
- Pərakəndə satışını etdiyiniz məhsullar
- Təqdim etdiyiniz xidmətlər
Bu məqalədə aşağıdakı SEO suallarına cavab tapacaqsınız.
- SEO nədir?
- SEO ilə SEM-in fərqləri nələrdir?
- SEO hansı aspektlərdən PPC-dən fərqlənir?
- SEO-nun 3 əsas dayağı nələrdir?
- SEO bizə lazımdır?
Effektiv SEO nədir?
Axtarış motoru nəticələrində səhifə görüntülənməsi, kəşfedilmə və səhifəyə keçmə ehtimallarının artması ilə birbaşa əlaqəlidir. Axtarış motoru optimallaşdırılmasının əsas məqsədi, məntiqi düşünsək, nəticədə müştərilərə, alıcılara və ya təkrar edən bir hədəf kütləyə çevrilən vebsayt ziyarətçilərinin diqqətini çəkməyə nail olmaqdır.
Bu yol xəritəsində aşağıdakılar nəzərə alınmalıdır:
- SEO, SEM və PPC arasındakı fərq nədir?
- SEO niyə önəmlidir?
- SEO taktikaları və mütəxəssisləri
- SEO necə işləyir?
- SEO işləməyin yolu
- SEO-nu PPC və SEM-dən ayıran nədir?
Əlavə olaraq, SEM və PPC, Axtarış motoru sahəsində və ümumi olaraq axtarış nəticələri marketinqində tez-tez müzakirə olunan terminlərdir.
Bu iki terminin SEO sahəsiylə necə əlaqəli olduğunu öyrənmək üçün oxumağa davam edin.
SEO və SEM-in müqayisəsi
SEM, axtarış nəticələri marketinqini və ya daha çox istifadə olunan Google Search reklamlarını təmsil edir. Rəqəmsal Marketinq, axtarış motoru nəticələri optimallaşdırılması ilə əlaqəlidir. Ödənişli axtarış və orqanik axtarış metodları yoluyla traffik əldə etməyi hədəfləyən həm klikləmə başına ödəmə (PPC) həm də orqanik axtarış (SEO) kliklərini ehtiva edir.
Sadə dildə desək, Google Search marketinqi (SEM), ödənişsiz və ödənişli yollarla axtarış motorundan görüntülənmə və traffik əldə etmə prosesidir.
Bəs SEO və SEM hansı aspektlərdən ayrılır?
Texniki mənada ayrıdırlar, SEO, SEM-in ancaq bir qolu hesab olunur.
Axtarış motorları vasitəçiliyi ilə orqanik traffik əldə etmək SEO-dur.
SEM, axtarış motorları vasitəçiliyi ilə həm ödənişli, həm də orqanik traffik əldə edilməsidir.
Bu nöqtədə, bu işlər bir az fikirlərinizi qarışdıra bilər.
Ümumilikdə PPC və SEM tez-tez bir-birinin yerinə istifadə edilməkdədir. Bu düşüncə, SEO-nun reytinqini aşağı salır kimi görünür. Bununla bərabər SEO, PPC ilə eyni formada marketinq etməkdədir.
SEO və SEM-i diqqətə almağın ən yaxşı yöntəmi aşağıdakı kimidir:
SEM-i bir marketinq fəaliyyəti olaraq düşünün. Bu fəaliyyətin bir qolu SEO-dur. PPC isə tam tərsidir.
SEO və PPC-nin müqayisəsi
Klikləmə başına ödəmə (PPC), reklam kreativlərindən biri hər klikləndiyində xərclənən bir rəqəmsal reklam çeşididir.
Reklamverənlər əsas olaraq, reklam kreativlərinin axtarış motoru nəticələrində görüntülənməsini çoxaldan müəyyən açar sözlərə və söz birləşmələrinə önəm verirlər. Həmin açar sözlərdən və ya söz birləşmələrindən hər hansı birini istifadə edərək bir axtarış etdiyinizdə, reklamverənin reklam kreativləri ən üst hissədə görünəcəkdir.
Bir daha, axtarış motoru marketinqini bir marketinq fəaliyyətinə bənzədərək düşüncək, PPC ödənişli tərəfi, SEO isə ödənişsiz tərəfi təmsil edər.
Əlavə olaraq, bu kanallar effektiv olduğundan, “SEO və PPC”-ni (yəni hansının üstün olduğunu) əsla müqayisə etməmək önəmlidir. Bu əsas ya alternativ metod seçimi deyil. Mümkün olduğu qədərilə hər ikisini də seçin. (büdcəniz əl verdiyi qədərilə)
Daha öncə qeyd edildiyi kimi, SEM və PPC terminləri bazarda bir-birlərinin yerinə istifadə ediləbilir. Ancaq bu, Axtarış Motoru Optimizasiyası üçün keçərli deyil.
“SEM” terminini istifadə etdiyimizdə eyni zamanda ödənişli axtarış (PPC) və orqanik axtarışı (SEO) nəzərdə tuturuq.
“SEM” terminin SEO yerinə “PPC”-ye həsr edilməsinin tarixi bağlantısı haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, gələcəkdə haqqında yazacağım aşağıdakı məqalələrə də nəzər yetirə bilərsiniz.
Məqalə 1. (tezliklə) Məqalə 2. (tezliklə) Məqalə 3.(tezliklə)
Wikipedia-nın PPC/Search Reklamlarını SEM-ə çevirməsi
SEM, SEO yüksək PPC-yə bərabərdir?
SEO-nun dəyəri nədir?
Statistik marketinq mənbələri SEO-ya etibar edir. Orqanik axtarış, ümumi vebsayt trafikinin 50%-dən çoxunu təşkil edir.
Dünya üzrə SEO bazarının 2028 ilinə qədər çatması gözlənən 122.11 milyard dollarlıq astroloji dəyər statistik olaraq bununla əlaqələndirilə bilər. SEO, gələcəyi vəd edən yöntəm, marka və biznes üçün gözlə görünə bilən nəticələr verir.
İnsanların bir yerə getmə, nə isə etmə, informasiya axtarış etmə, araşdırma və ya hər hansı məhsulu və ya xidməti almağı adətən bir sözü və söz birləşməsini axtarması ilə başlayır.
Ancaq axtarış motorları hal-hazırda kritik dərəcədə bölünmüş vəziyyətdədir. İstifadəçilər pərakəndəçi vebsaytlarına, misal Amazon, əlavə olaraq sosial media platformalarında, misal YouTube, TikTok, ənənəvi axtarış motorlarında, misal Google, Bing və ya Amazonda axtarış edə bilərlər.
Məsələn: Amazon, ABŞ-da onlayn alış-veriş edənlərin 70%-i tərəfindən məhsul araşdırması üçün istifadə edildiyi halda, əksər hissəsi Google kimi bir axtarış motoru istifadə edirlər. Üstəlik, eyni statistika aşağıdakılara da aiddir.
- Walmart.com-u ziyarət edir.
- Facebook-da axtarış edir.
- YouTube videolara baxır.
- İnstagram ilə başlayır.
- TikTok-da qısa videoları izləyir.
Hər il trilyonlarla axtarış edilir. Vebsayt traffiki isə öncəliklə axtarış motorları vasitəçiliylə əldə edilir. Bu səbəbdən dolayı markanın və ya biznesin bütün platformalarda mövcud olması və axtarış motorlarının dostu olması kritik bir önəm kəsb edir.İstifadəçilər yenidən və yenidən müxtəlif platformalarda və müxtəlif kontentlər üzrə axtarış edə bilərlər.
Başqa bir yanaşma ilə, görüntüləməni artırmaq və axtarış motoru nəticələrində rəqiblərinizə görə daha üst sıralarda olmaq, illik gəlirləriniz üzərində effektiv bir yüksəliş sərgiləyəcəkdir.
Bundan başqa, axtarış motoru nəticə səhifələrinin (SERP) son dərəcə rəqabətcil olması, axtarış etmə xüsusiyyətləri və klikləmə üçün edilən ödəniş reklamlarıyla dolu olması səbəbindən SEO sağ qalmaq uğrunda ciddi önəm kəsb edir.
SERP aşağıdakılardan ibarətdir:
- İnformasiya paneli
- Pin olunmuş qısa məlumat
- Xəritə
- Şəkillər
- Videolar
- Xəbərlər
- Alış-veriş
- Sual-cavab
- Karusellər
SEO-nun markalar və bizneslər üçün önəmli olmasının başqa bir səbəbi də,digər marketinq kanallarının əksinə, effektiv SEO-nun davamcıl olmasıdır. Ödənişli bir reklam kampaniyasının bitməsi ilə, sayta gələn traffik də dayanır. Sosial media traffiki də etibarsızdır və son illərdə traffik həcmi kifayət qədər azalmışdır.
SEO, hər şirkətin həyata keçirdiyi marketinq fəaliyyətlərinin içində ən önəmli marketinq yöntəmidir. İstifadəçilərin davranışlarını anladıqdan sonra aşağıdakılar üzrə adaptasiya edə bilərsiniz.
- Həm orqanik, həm də ödənişli remarketinq
- Vebsayt kontentinin gücləndirilməsi
- Sosial media kontent planlaması
SEO-nun 3 əsas dayağı
SEO 3 yerə bölünür:
Texniki SEO, bir saytın texniki özəlliklərinin optimallaşdırılmasını ehtiva edir
Sayt daxili SEO, bir vebsaytın içərisinin həm ziyarətçilərə, həm də axtarış motoru botları üçün optimizasiya etməkdir.
Saytdan kənar SEO, məşhurlar, xarici brendlər, sloqanlı vebsaytlar, dəyərli platformalar tərəfindən markanın təqdimatı, yüksək dəyər, güvən, tanınmışlıq qazanmış platformaların təqdimatıdır.
Günümüzdə SEO-nun məqsədi hər hansı yöntəmlə yüksək traffik əldə etmək deyil, alıcı personasına uyğun və hədəflənmiş auditoriyadan giriş sayını artırmaqdır.
Hüseyn Süleyman
SEO bizə lazımdır?
SEO, güvən artırır. Ön sıralarda görünən vebsayt güvənli və etibarlı mənbə olaraq dərk edilir. Bu 2 emosional faktor isə Google-un təşviq etməyə çalışdığı kritik xüsusiyyətlərdəndir.